Rusiya və İran ortaq kriptovalyuta YARADACAQbackend

Rusiya və İran ortaq kriptovalyuta YARADACAQ

Rusiya və İran ortaq kriptovalyuta yaradacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb. İran və Rusiya xarici ticarət hesablaşmalarında dollar, rubl və İran rialı əvəzinə işləyəcək fars regional valyutası yaratmağı planlaşdırır.

Rusiya Kriptoindustriyası və Blockchain Assosiasiyasının baş direktoru Aleksandr Brajnikovun sözlərinə görə, token qızılla dəstəklənəcək. Yəni o, öz növünün stabilkoin olacaq. Güman edilir ki, valyuta İrandan yüklərin qəbul ediləcəyi Həştərxan xüsusi iqtisadi zonasında istifadə oluna bilər.

Eyni zamanda, Rusiya Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin üzvü Anton Tkaçevin qeyd etdiyi kimi, Rusiya kriptovalyutaları tam tənzimləyən zaman bu məsələ dövlət səviyyəsində fəal müzakirə olunacaq.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*