Rusiya və İsrail xarici işlər nazirləri arasında İranla bağlı telefon danışığı olub
Rusiya və İsrail xarici işlər nazirləri İranla ikitərəfli münasibətləri və atom anlaşmasını müzakirə ediblər.
KONKRET.az-ın “Anadolu”ya istinadla xəbərinə görə, Rusiya və İsrailin xarici işlər nazirləri Sergey Lavrov və Yair Lapid iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 -cu ildönümü münasibətilə telefonla danışıblar.
Telefon danışığı zamanı tərəflər ikitərəfli əlaqələri nəzərdən keçirib, regional və beynəlxalq məsələləri, o cümlədən İranla atom razılaşmasını müzakirə ediblər.
Xuraman Etibarlı
KONKRET.az
