Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasının (AES) ətrafındakı xüsusi əraziyə yenidən zərbə endirib.
KONKRET.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə teleqram kanalında yazıb.
“Şahed” PUA-sı vacib infrastruktur obyekti olan işlənmiş nüvə yanacağı üçün mərkəzləşdirilmiş saxlama kompleksinin binalarından birinə zərbə endirib. Son dərəcə kritik bir infrastruktur obyekti. Ukrayna Xarici İşlər Nazirliyi, Energetika Nazirliyi və bütün xidmətlərimiz artıq vəziyyəti tərəfdaşlarımıza bildirmək üçün çalışır. Rusiya bu nüvə infrastruktur obyektinə qəsdən zərbə endirib”, – o qeyd edib.
Ukrayna liderinin sözlərinə görə, hazırda radiasiya səviyyəsi normal səviyyəni keçmir və xilasedicilər zərbədən sonra baş verən yanğını söndürməyə nail olublar.
“Dünən gecə Rusiya Silahlı Qüvvələri 13 vilayətimizdəki digər mülki hədəflərə də zərbələr endirib. Ümumilikdə, həftə ərzində Rusiya Ukraynaya qarşı 88 raket, 3 250-dən çox hücum dronu və təxminən 1 800 KAB (İdarə olunan aviasiya bombaları – red) atıb. Rusiyaya təzyiqi artırmalıyıq”, – Zelenski fikirlərini yekunlaşdırıb.
