Rusiyada jurnalist 22 il müddətinə azadlıqdan məhrum edilib.
KONKRET.az xəbər verir ki, bu gün Moskva məhkəməsində jurnalist İvan Safronova hökm oxunub. O, cəzasını ciddi rejimli koloniyada çəkməklə 22 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist dövlətə xəyanətdə təqsirli bilinib.
Safronov 2020-ci il iyulun əvvəlində həbs edilib. FTX hesab edir ki, o, 2017-ci ildə gizli məlumatları ABŞ-ın rəhbərliyi altında işləyən Çexiya kəşfiyyat xidmətinə ötürüb.
Videoda insanlar məhkəmədə hökm elan olunduqdan sonra “azadlıq” tələb edirlər. Safronovun vəkilləri qərardan tezliklə apellyasiya şikayəti vermək niyyətindədirlər.
Qeyd edək ki, belə maddə manyaklara və terrorçulara verilir.
Xuraman Etibarlı,
KONKRET.az
