“Rusiyada kişi qalmayıb, ermənilər rus qızlarla evlənməyə məcbur edilir, bizim qızlar isə evdə qarıyır”backend

"Rusiyada kişi qalmayıb, ermənilər rus qızlarla evlənməyə məcbur edilir, bizim qızlar isə evdə qarıyır"

Erməni jurnalistlər paytaxt sakinləri ilə söhbət edərək onların Rusiya və millətlərarası nikahlara münasibətini öyrəniblər. Videoya düşən bir qadının cavabı çoxlarını təəccübləndirib

KONKRET.az xəbər verir ki, qadın müshibəsində vurğulayıb ki, sovet dövründə müxtəlif millətlərin nümayəndələri arasında nikahlar adi hal sayılırdı: “Onda heç kəs düşünmürdü ki, ruslar nə vaxtsa ermənilərə düşmən ola bilər. Millətlərarası nikahlar bu gün də populyardır, lakin hamı bu münasibətləri bəyənmir”.

“Ruslar, erməni qızları sizin üçün böyümür”

“Oragir News”-in jurnalistləri ermənilərin bu mövzu ilə bağlı fikirlərini öyrəniblər. Küçədə yaşlı bir erməni qadını Rusiyanın indi xüsusi hərbi əməliyyat keçirdiyini xatırladaraq Putin rejimini sərt tənqid edib: “Müharibə davam edərsə, Rusiyanın özündə bir kişi qalmayacaq. Elə buna görədir ki, artıq ermənilər rus qızları ilə evlənməyə “məcbur” edilirlər. Mən başa düşə bilmirəm ki, onlar (ermənilər – C. Q.) niyə ora gedirlər? Axı Rusiya Ukrayna ilə müharibədədir. Deyəsən, biz dəhşətli bir məqamı unuduruq. Erməni kişiləri kütləvi şəkildə rus qadınları ilə evlənirlər. Bilirsiniz, niyə belə edirlər? Rusiyada daha kişi qalmayıb. Erməni qızlar isə evdə qarıyır”.

İnternet istifadəçiləri erməni qadının fikri ilə razılaşmır. Hətta ritorik sual verənlər qadın ironik cavab da veriblər:

“Belə çıxır ki, Rusiyada kişi qalmadığı üçün erməni kişiləri rus qadınları ilə evlənirlər! Yəni ermənilər Rusiyanı xilas edir! Rusiya ermənilərsiz necə yaşayacaq, ermənilərsiz dünya necə olacaq!?”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*