Rusiyada təyyarə yerə çırpıldı, ölənlər var – FOTObackend

Rusiyada təyyarə yerə çırpıldı, ölənlər var - FOTO

Rusiyanın Leninqrad vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, “Piper” təyyarəsi vilayətin Lomonosov rayonunun Qostilitsa kəndi yaxınlığında yerə çırpılıb.

Bu gün günorta saatlarında Qostilitsa aerodromundan havaya qalxan təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Mi-8 vertolyotu ilə xilasedicilər cəlb olunub.

Ölənlərdən ikisi kişi, biri qadınadır. Yerə çırpılan təyyarə tamamilə dağılıb. Qəzaya uçuş qaydalarının pozulmasının və texniki nasazlığın səbəb ola biləcəyi ehtimal edilir.

O da bildirilib ki, təyyarə özəl olub. Aerodromun ərazisində təlim məşq uşularının keçirildiyi də xəbər verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*