“Rusiyadan neft tədarükü ABŞ-ın milli təhlükəsizlik məsələsidir” – Putin Qərbi cəzalandıracaqmı? – ANALİZbackend

“Rusiyadan neft tədarükü ABŞ-ın milli təhlükəsizlik məsələsidir” – Putin Qərbi cəzalandıracaqmı? - ANALİZ

“Onlar Putinin Qərbin sanksiyalarına necə cavab verə biləcəyini müzakirə edirlər. Proqnozlar isə Qərb üçün çox üzücüdür. Amma başa düşməliyik ki, Rusiya hələ də cavab sanksiyaları tətbiq etməyib. Bütün dünya bunun necə olacağını gözləyir”.

KONKRET.az xəbər verir ki, bu fikirlər dünyaca məşhur “CNN” nəşrinin yazdığı məqalədə yer alıb:

“Rusiya uzun müddətdir, hətta soyuq müharibənin qızğın çağında belə etibarlı neft tədarükçüsü olub” – CNN yazır. Qərbdə, xüsusən də ABŞ-da Rusiyanın bu yaxşı (Qərb üçün) ənənəsini davam etdirəcəyinə böyük ümid bəsləyirlər.

“Rusiya xüsusi əməliyyatı başlamazdan əvvəl Ağ Ev Putinə enerji ixracı sahəsində kəskin tədbirlərin yolverilməzliyi haqda xəbərdarlıq etmişdi. Əgər Putin enerji təchizatını təzyiq vasitəsinə çevirmək qərarına gəlsə, bu, böyük səhv olacaq” – ABŞ Milli Təhlükəsizlik Müşavirinin müavini Duleep Singh vurğulayıb.

Belə çıxır ki, Rusiyadan neft tədarükü ABŞ-ın milli təhlükəsizlik məsələsidir.

“Qərbi cəzalandırmaq üçün Putinin enerji qurğusunu bağlamasına ehtiyac yoxdur. Bu gün neft bazarlarında o qədər böyük qıtlıq var ki, Rusiyadan tədarükün cüzi də olsa (10-20%) azalması qiymətlərə ciddi təsir edə bilər. Odur ki, bazarın heç bir fasiləyə ehtiyacı yoxdur” – deyə CNN yazıb.

Məsələ burasındadır ki, ABŞ özünü qazla təmin edir. Lakin ABŞ-da hasil olunan neft kifayət etmədiyindən qıtlıq yaşayırlar. Son zamanlar ABŞ-da benzinin qiymətləri davamlı olaraq yüksəlir. Bu isə bütün malların qiymətlərinin artımına səbəb olur. Nəzərə almaq lazımdır ki, ABŞ-da artıq inflyasiya rekord həddə çatıb.

Enerji analitiki Rayan Fismoris hesab edir ki, Rusiya həqiqətən də əmtəə bazarına zərər vermək üçün yanacaq axınını yavaşlatmağa başlasa, bu zaman vəziyyət gözlənilməz olacaq. Əgər təchizatda fasilələr olarsa, bu, qiymətlərin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq” – analitik bildirib.

“İndi maraqlıdır, bütün yuxarıda deyilənləri nəzərə alsaq, Rusiya faktiki olaraq Qərbə necə cavab verəcək? Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulduğu və müsadirə edildiyi bir şəraitdə Kreml ümumiyyətlə Qərblə niyə ticarət etməlidir?. Rusiyanın öz qaydalarını (o cümlədən Qərbə enerji resurslarının verilməsində) dəyişməsinin vaxtı çatıb” – rusiyalı analitiklər vurğulayırlar.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*