Rusiya-Ermənistan İşçi Şurasının vitse-prezidenti Ermənistanda saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən məlumat verilib.
Məlumata görə, A.Q adlı şəxs 31 may 2026-cı ildə “Teleqram” kanalı vasitəsilə Rusiyada yaşayan Ermənistan vətəndaşlarına Ermənistana pulsuz səyahət imkanı verəcəyinə söz verib:
“Səfərin məqsədi onların qarşıdan gələn parlament seçkilərində iştirakını təmin etmək olub. O, həmçinin səfərlə bağlı bütün təşkilati və səyahət xərclərini ödəməyə hazır olduğunu bildirib”.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri keçirilir.
