Rusiyanın Quançjoudakı Baş Konsulluğu Çinin cənubunda yaşayan ruslardan konsulluqda qeydiyyata düşməyi tələb edib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Məlumata görə, Rusiyanın Quançjoudakı baş konsulu Viktor Paşkov bölgədə 3.7 min rusiyalının yaşadığını, lakin onların cüzi bir hissəsinin qeydiyyatda olduğunu bildirib.
Bunun koronavirus təhlükəsi yaranan zaman təcili əlaqə saxlanılmasına mane olduğunu qeyd edən Paşkov ölkənin cənubundakı ruslardan konsulluqda qeydiyyata düşmələrini istəyib.
