Rusiya-Ukrayna müharibəsinin 313-cü gününə qədəm qoyduğumuz bir vaxtda rusiyalı komandirlərdən birinin verdiyi açıqlama gündəmə bomba effekti kimi düşüb.
KONKRET.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə 2022-ci il fevralın 23-də başlayan müharibənin bir ili tamam olacaq. Rusların Xersondan çıxarılması ilə müharibənin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda 2014-cü ildə Krımın ilhaqında və Donbas bölgəsindəki münaqişədə əsas rol oynayan komandir İqor Girkin uğursuzluqların səbəbini açıqlayıb. Girkin Ukraynanın uğurunun əsas səbəbi kimi Rusiya hərbi rəhbərlərinin məsuliyyətsizliyini göstərib.

“Təəssüf ki, bəzi yerlərdə Ukraynanın bizim hərbi obyektlərə hücumu Rusiya qoşunlarının hədsiz israfçılığı və məsuliyyətsizliyi səbəbindən uğurlu alınıb”, – deyə Girkin bildirib. Rusiyanın Ukraynanın infrastrukturunu hədəfə aldığını vurğulayan Girkin bu taktikanın Kiyevi sülhə məcbur edə bilməyəcəyini diqqətə çatdırıb.
Putini qəzəbləndirəcək sözlər;
Xatırladaq ki, Girkin bundan əvvəl müharibədəki vəziyyətin Rusiya siyasi rejiminin və hətta dövlətinin dağılmasına gətirib çıxara biləcəyini bəyan edib. Qeyd edək ki, 2014-cü ilin iyulunda Amsterdamdan havaya qalxdıqdan sonra Ukraynanın şərqində vurulan və 298 nəfərin ölümü ilə nəticələnən “MH17” qəzasındakı roluna görə Niderlandda ömürlük həbs cəzası çəkən Girkin uzun müddətdir ki, hökuməti tənqid edir. Rusiya ordusunu Ukraynada strateji məqsədlərinə çata bilməməkdə günahlandırır.
NATO-nun MOSKVA PLANI;
NATO-nun baş katibi Yens Stoltenberq Qərb ölkələrini uzunmüddətli perspektivdə Kiyevə dəstəyi davam etdirməyə çağırıb. Stoltenberq bəyan edib ki, Ukraynanın müstəqilliyini qoruyub saxlamağın və Rusiyanı danışıqlar masasına cəlb etməyin yolu bundan keçir: “Ukrayna qoşunları son aylarda xeyli uğur qazanıb, lakin biz bilirik ki, Rusiya da yeni əsgərlər cəlb edib və onları öyrədir”, – deyə Stoltenberq fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az


