Rusiyanın 102-ci hərbi bazası Ermənistanda gözəllik üçün yerləşməyib – Zatulinbackend

Rusiyanın 102-ci hərbi bazası Ermənistanda gözəllik üçün yerləşməyib - Zatulin

KONKRET.az xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə münasibətlər komitəsinin üzvü Konstantin Zatulin İrəvanda jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan KTMT-yə ərazisini atəşə tutmaq barədə müraciət etməyib.

Jurnalistlər tərəfindən Ermənistanın Tavuş bölgəsinin mülki əhalisinin son vaxtlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə tutulmasını terrorizmin təzahürü kimi qiymətləndirilməsinin mümkün olub-olmadığı və KTMT-nin buna necə reaksiya verməsi barədə suallarına cavab verən Zatulin “bugünkü iclasda Qarabağ münaqişəsi zonasında gərginliyin artması məsələsinin” müzakirə olunduğunu söyləyib.

“Əgər İrəvan KTMT-yə üzv ölkələrin iclasları çərçivəsində öz ərazilərinin Azərbaycan tərəfindən atəşə tutulması problemini müzakirə etməyi vacib sayırsa, onun belə haqqı var. Ancaq rəsmi İrəvanın bu mövzunu müzakirələrin gündəliyinə saldığını eşitməmişəm”, – deyə Zatulin jurnalistlərə bildirib.

Onun sözlərinə görə, KTMT-yə üzv olan bütün ölkələrin bir-birilərinə qarşı müəyyən məsuliyyəti var. Üstəlik, Rusiya Ermənistanı öz müttəfiqi kimi görür və real təhlükə zamanı Moskva onu qorumaq üçün KTMT mexanizmlərini işə salmağa hazırdır. “Sizə xatırlatmaq istəyirəm ki, Rusiyanın 102-ci hərbi bazası Ermənistan ərazisində yerləşir, özü də burada gözəllik üçün yerləşməyib”, – deyə Zatulin çıxışına yekun verub.

 

Bir cavab yazın