“Rusiyanın cənub və mərkəzi hissəsindəki Rusiya hava limanlarına uçuşların müvəqqəti məhdudlaşdırılması rejimi 2022-ci il aprelin 1-i, Moskva vaxtı ilə saat 03:45-dək uzadılıb”
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Agentliyin yaydığı məlumatda deyilir.
“Uçuşlar müvəqqəti olaraq Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarına məhdudlaşdırılıb.
Sərnişinləri bağlı hava limanlarına daşımaq üçün Rusiya aviaşirkətlərinə Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskva hava limanları vasitəsilə alternativ marşrutlardan istifadə etmək tövsiyə olunur”.
Qeyd edək ki, fevralın 24-dən Rusiya Ukraynada keçirilən xüsusi hərbi əməliyyat fonunda ölkənin cənubundakı hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb. Bu tədbir martın 26-dək uzadılıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
