Rusiya Ermənistan və Azərbaycan arasında tezliklə sülh sazişinin imzalanacağına ümid edir.
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov RİA Novosti-yə müsahibəsində deyib.
“Hər iki ölkənin bəyanatlarına əsasən, sülh müqaviləsi layihəsi praktiki olaraq razılaşdırılıb. Prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri zamanı dediyi kimi, Moskva onun imzalanmasında öz töhfəsini verməkdən məmnundur. Ümid edirəm ki, bu, mümkün qədər tez baş verəcək. Sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda firavanlığa nail olmaq baxımından mühüm addımdır”.
Aygün,
KONKRET.az