Rusiyanın zirehli avtomobili Antonovski körpüsünü keçmək istəyərkən Dnepr çayına DÜŞDÜbackend

Rusiyanın zirehli avtomobili Antonovski körpüsünü keçmək istəyərkən Dnepr çayına DÜŞDÜ

Rusiyanın “Tigr”i (çoxməqsədli yolsuzluq maşını, zirehli avtomobil) Antonovski körpüsünü keçmək istəyərkən Dnepr çayına düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə keçmiş FTX zabiti və “DXR” lideri İqor Strelkov (Qirkin) sosial şəbəkədə yazıb.

Qirkin bildirib ki, ruslar dağılmış Antonovski körpüsündən keçirməyə çalışdıqları “Tigr”i itiriblər.

“Ukrayna Silahlı Qüvvələri bütün stasionar keçidləri o qədər darmadağın ediblər ki, onlar hətta yüngül hərbi texnikanı keçirə bilməyiblər. Dünən Xersonda “Tigr” zirehli avtomobili körpünü keçmək istəyərkən sıradan çıxıb. Ukrayna ordusu mühəndis keçidlərinə, ponton bərələrinə davamlı zərbələr endirir”, – deyə Qirkin bildirib.

Onun sözlərinə görə, bu, Rusiya ordusunun təchizatında əhəmiyyətli çətinliklər yaradır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*