Mahaçqala hava limanı İstanbula uçuşların açıldığını elan etdi
KONKRET.az rus mediasına istinadən xəbər verir ki, martın 28-dən etibarən “Red Wings” aviaşirkəti Mahaçqaladan İstanbula həftədə bir dəfə “Sukhoi Superjet 100” laynerləri ilə uçuşlar həyata keçirməyə başlayacaq.
Mahaçqala hava limanının mətbuat xidmətindən verilən məlumata görə, Mahaçqaladan İstanbula uçuşun müddəti üç saat olacaq. İlk uçuş martın 28-də həyata keçiriləcək, uçuşlar həftəlik Red Wings şirkəti tərəfindən “Sukhoi Superjet 100” laynerlərində həyata keçiriləcək.
12 yaşdan yuxarı sərnişinlər Türkiyəyə gələrkən mənfi PCR testi və ya peyvənd sertifikatı təqdim etməlidirlər. Maqomedova əlavə edib ki, Sputnik Light ilə peyvənd olunanlar da mənfi PCR testi keçirməlidirlər. “Türkiyəyə daxil olan bütün sərnişinlər yola düşmədən ən geci 72 saat əvvəl register.health.gov.tr saytında xüsusi formanı doldurmalıdırlar. Doldurulan məlumat əsasında avtomatik olaraq fərdi HES kodu yaradılacaq və bu kod nəzarət məntəqələrində çap və ya elektron formada təqdim edilməlidir”, – deyə mətbuat xidmətinin rəhbəri bildirib.
“Red Wings” aviaşirkətinin məlumatına görə, Mahaçqala-İstanbul reysi üçün bir istiqamətə biletin qiyməti 19 255 rubl təşkil edir.
