RUSLAR XANKƏNDİNDƏ, TÜRKİYƏ HƏRBÇİLƏRİ ŞUŞADA… – “Moskva istədiyini qəbul etdirə bilməyəcək”backend

RUSLAR XANKƏNDİNDƏ, TÜRKİYƏ HƏRBÇİLƏRİ ŞUŞADA... - "Moskva istədiyini qəbul etdirə bilməyəcək"

Rusiya sülhməramlıları Xankəndində olduğu üçün Türkiyə hərbçiləri Şuşada yerləşəcək. Amma təbii ki, Türkiyə bayraqlı hərbi maşınları bütün Qarabağda görə biləcəyik. Beləliklə, Türkiyə Böyük Millət Məclisinin noyabrın 17-də verdiyi rəsmi qərarla Türkiyə hərbçilərinin Qarabağda rolu artıq rəsmiləşdi.

Türkiyə Prezident Administrasiyasından Türkiyə parlamentinə təqdim olunan və təsdiqlənən qanun layihəsindən də görünür ki, Türkiyənin Azərbaycana göndərməyi planlaşdırdığı heyət sadəcə Ortaq Monitorinq Mərkəzində fəaliyyət göstərəcək kiçik hərbi və mülki heyətdən ibarət olmayacaq. Azərbaycana gələcək Türkiyə əsgərlərinin sayını və konkret məqsəd və hədəflərini də yalnız Prezident Ərdoğan müəyyənləşdirəcək.

Və bu çərçivəyə mətndən də görünür ki, sərhədlərin qorunmasından tutmuş, bir çox məsələlərə də müdaxilə etmək imkanı salınacaqdır. Bu da o deməkdir ki, Azərbaycana gələcək olan sıradan bir heyət deyil, konkret səlahiyyətlərlə gələn Türkiyə qoşunudur. Bu o deməkdir ki, artıq hansısa başqa böyük dövlətlər istədiyini oldu-bitdi ilə həyata keçirə bilməyəcək və Azərbaycanın ərazi bütünlüyü təmin ediləcək, sərhədlərdə Türk qoşunları dayana biləcək. Hətta Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək və yeni çəkiləcək yolda belə. Çünki yaxın perspektivdə Rusiyanın Türkiyə ilə uzlaşması rusların geosiyasi maraqlarına da uyğundur.

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Türkiyə sülhməramlı qüvvələrinin Qarabağda Rusiya ilə Monitorinq Mərkəzində iştirakı ikitərəfli razılaşmada əldə olunub. Artıq Türkiyə sülhməramlı qüvvələrinin Azərbaycana göndərilməsi TBMM tərəfindən qəbul edildi. Deməli, Türkiyə hərbi qüvvələri Qarabağ ərazisində mövcud olacaq. Bura Hadrut, Şuşa, Xocavəndin ərazisini əhatə edə bilər: “Rusiya ilə masada Türkiyə ciddi müzakirələr aparır. Burada Türkiyə sülhməramli qüvvələrinin olması hərbi və siyasi cəhətdən Azərbaycanın maraqlarına xidmət edir.

Rusiya müəyyən şəkildə burada Azərbaycana istədiyini qəbul etdirə bilməyəcək. Həmçinin bu onu göstərəcək ki, burada nə Abxaziya, nə də Cənubi Osetiya presedenti olmayacaq. Türkiyə diplomatik müstəvidə ərazi bütövlüyü sənədlərində həlledici maraqlarımızı axıra kimi bizimlə qoruyacaq”.   (azpolitika)

  • Çingiz Rzayev
    Noyabr 19, 2020 - 00:00

    Mən dünyada erməni millətindən şərəfsiz
    hiyləgər axmaq pezəvəng bir millət tanımıram. ermənilərin digər ölkələrdəki diasporları əslində bir mafiyadı sanki bir terror təşkilatıdır. Azərbaycan və Türk konsulluqlarına restoranlarına etdiyi hücumlar göz qabağındadır! erməni diasporları yaşadıqları ölkələrin deputatlarını ölümlə hədələyirlər bəzən də öldürərlər hətta prezidentlərə də təsir edə bilirlər.ermənilərin kəlbəcərdə Ağdamda etdiyi cinayətlərə Fransa Rusiya ABŞ niyə göz yumur. 28 il bundan əvvəl Xocalıda Zəngilanda Kəlbəcərdə və digər rayonlarda etdiyi cinayətləri soyqırımı heç bir canlı edə bilməzdi. Amma ermənilər etdilər. Türkiyə Respublikasına yalandan şər atırlar ki güya ermənilərə soyqırım olub.Halbu ki ermənilər həmişə Türkiyədə 20-ci əsrin əvvəllərində dövlət qurumlarında təxribatlar törədiblər dövlət məmurlarını öldürüblər. ermənilər həmişə dünyada özlərini yazıq məzlum kimi göstərirlər ama o alçaq xalq Qarabağda Azərbaycanlı qadınları uşaqları elə vəhşiliklə öldürüblər ki mən o millətə deməyə söz tapa bilmirəm. onlara insan demək cinayətdir. Ama erməni terrorçularının kökü kəsiləcək. Azərbaycan xalqı Qafqazda ermənisiz yaşayacaq.
    Bu faşist ermənilər başa düşmürlər ki ermənilərin torpağı olmayıb ermənilər livanda suriyada qaraçılar(çiqanlar) kimi yaşayıb və 1830-dan sonra erməniləri Rusiya imperiyası Azərbaycanın tarixi torpağı İrəvan xanlığına köçürdüb və 1918-də erməni dövlətini Rusiya imperiyası yaradıb. Zamanı gəldikdə Zəngəzur Göyçə Mehri Azərbaycana qaytarılacaq. erməni və Azərbaycan xalqlarının birlikdə yaşaması çox çətin bir işdir.Hər an ermənilər terror aktı törədə bilər! Bəyannamə razılaşmasını poza bilərlər ama bu erməni terrorçularına çox baha başa gələr! Rədd olsunlar Azərbaycan torpaqlarından! Türk qoşunları mütləq Azərbaycana gəlməlidir
    çünki ermənipərəst dövlətlər və ermənilər Azərbaycan dövlət sərhədlərini poza bilər!
    Yaşasın Azərbaycan Türkiyə Pakistan dostluğu!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*