“Rusların Kiyev, Odessa və Xarkovu ələ keçirəcək gücü qalmayıb” – Müharibə Araşdırmaları İnstitutubackend

"Rusların Kiyev, Odessa və Xarkovu ələ keçirəcək gücü qalmayıb" - Müharibə Araşdırmaları İnstitutu

Ruslar planlaşdırdıqları kimi Kiyev, Odessa və Xarkovu ələ keçirəcək qədər güclü deyil.

KONKRET.az xəbər verir ki, bu barədə Müharibələrin Tədqiqi İnstitutunun martın 19-da dərc olunmuş hesabatında məlum olub. Mütəxəssislər hesab edir ki, Rusiyanın Ukraynanın iri şəhərlərini ələ keçirmək planı tamamilə iflasa uğrayıb. Məsələn, onların Odessaya çatmaq şansı yoxdur.

Təşkilat ekspertləri Frederik V. Kaqan, Corc Barros və Yekaterina Stepanenko belə nəticəyə gəliblər ki, rus ordusu özünü çıxılmaz vəziyyətə salıb. Onların hərəkət etməli olduqları plan uğursuz olub.

Ukrayna müdafiəçiləri Kiyev, Xarkov və Odessanı tutmaq üçün çoxsaylı hava-desant və mexanikləşdirilmiş əməliyyatların qarşısını aldılar. Lakin ekspertlər hesab edir ki, işğalçılar hələ də bu tapşırığı yerinə yetirməyə ümid edirlər. Buna görə də onlar geri çəkilmək əvəzinə daim kiçik dəstələr göndərirlər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*