Saakaşvili sabitliyi pozmaq üçün göndərilibmişbackend

Saakaşvili sabitliyi pozmaq üçün göndərilibmiş

Mixail Saakaşvili Gürcüstanda sabitliyi pozmaq və ölkəni hərbi əməliyyatlara cəlb etmək üçün göndərilib.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində bildirib.

“Ukraynada müharibənin başlaması hələ noyabrda [2021-ci ildə], maksimum dekabrda gözlənilirdi. Bu barədə məlumatımız var idi, o cümlədən mən həmkarlarımızdan, tərəfdaşlarımızdan bilirdim. Saakaşvili Gürcüstana nə vaxt gəlib? Saakaşvili oktyabrın 1-də göndərilib. Əsas məqsəd burada dövlət çevrilişi təşkil etmək və lazımi vaxtda ölkələri müharibəyə cəlb etmək idi. Bizim buna heç bir şübhəmiz yoxdur”, – Qaribaşvili deyib.

Baş nazirin sözlərinə görə, Rusiya diqqətini Gürcüstana yönəltsə, Ukrayna üçün yəqin ki, bir növ rahatlıq ola bilər. Qaribaşvilinin fikrincə, Saakaşvilinin yaratdığı müxalif “Vahid Milli Hərəkat” partiyası hakimiyyətdə olsaydı, Gürcüstan “ikinci Mariupol” olardı.//Modern

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*