backend

Sabah güclü külək olacaq - Hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a daxil olan xəbərə görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 29-32° isti, Bakıda gecə 23-25° isti, gündüz 29-31° isti olacaq.

Atmosfer təzyiqi  normadan aşağı 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti     

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 26-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Azərbaycanın rayonlarında  havanın əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı,  qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə

21-26°  isti, gündüz 34-39° isti, dağlarda gecə 13-16° isti,  gündüz  18-23° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*