Sabiq erməni nazirin qohumu aksiyada iştiraka görə HƏBS OLUNDUbackend

Sabiq erməni nazirin qohumu aksiyada iştiraka görə HƏBS OLUNDU

İrəvanın ümumi yurisdiksiya məhkəməsi 22 aprel tarixində Ermənistan Baş Prokurorluğunun binasında kütləvi etiraz aksiyasında iştirak edən siyasi fəal Hayk Yekimyanı həbs edib.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə fəalın vəkili Benik Qalstyan feysbukda məlumat verib.

Vəkil qeyd edib ki, aprelin 24-də məhkəmə Yekimyanın həbsini qanunsuz olaraq tanıyıb, fəal o zamandan bəri azadlıqda olub.

Qeyd edək ki, Hayk Yekimyan keçmiş iqtisadiyyat naziri, “Daşnaksütyun” Partiyası Ali Qurumunun nümayəndəsi Artsvik Minasyanın qardaşı oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*