Sabirabadda avtoqəza nəticəsində yeniyetmə öldübackend

Sabirabadda avtoqəza nəticəsində yeniyetmə öldü

Sabirabadda baş verən qəza yolun kənarında dayanan 16 yaşlı yeniyetmənin ölümünə səbəb olub.

KONKRET.az-ın məlumatına görə, hadisə Sabirabad şəhərinin Muğan prospektində qeydə alınıb. Sabirabad rayonunun Kürkənd kənd sakini, 1993-cü il təvəllüdlü Qəmbərov Yusif Əhmədağa oğlunun idarə etdiyi “Azsamand” markalı avtomobil Sabirabad sakini, 1994-cü il təvəllüdlü Həşimov Fərid Mirasim oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə toqquşub.

Qəza zamanı “Azsamand” markalı avtomobil yol kənarında dayanan rayon sakini, 2006-cı il təvəllüdlü Mehtiyev Əvəz Yaşar oğluna dəyib. Sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəzaya səbəb avtomobillərin biri-biri ilə ötüşməsi olub. Qəza zamanı xəsarət alan “Azsamand” markalı avtomobilin sürücüsü Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*