Sabirabdda baş verən qəzada 4 nəfər ağır xəsarət alıb.
KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Kürkəndi kəndində qeydə alınıb.
“Mercedes” markalı avtomobil yüksək sürətlə divara çırpılıb. Nəticədə avtomobildə olan 4 nəfər ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb. Yaralılardan birinin ayağı travmatik amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır./APA
