Şabranda 38 yaşlı qadın bıçaqlandıbackend

Şabranda 38 yaşlı qadın bıçaqlandı

Şabranın Dəvəçi kəndində 38 yaşlı qadın bıçaqlanıb.

KONKRET.az-ın məlumatına görə, 1985-ci il təvəllüdlü Kərimova Aytən Qiyasəddin qızı kürək və ayaq nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, hadisə A.Kərimovanın keçmiş həyat yoldaşı tərəfindən qısqanclıq zəminində törədilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*