Şabranda avtomobil piyadanı vuraraq öldürdübackend

Şabranda avtomobil piyadanı vuraraq öldürdü

Şabranın Ağalıq kəndində avtomobil piyadanı vuraraq öldürüb.

KONKRET.az xəbər verir ki, restoranların birindən toydan gələn Xaçmaz rayonu, Köhnəxaçmaz kənd sakini, 1964-cü il təvəllüdlü Nigar Qədiməli qızı Səfərəliyevanı yüksək sürətlə hərəkətdə olan NİVA markalı minik avtomobili vurub və o, hadisə yerində dünyasını dəyişib.

N.Səfərəliyevanın meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*