Şabranda çayda meyiti tapılanların sayı 3-ə çatdıbackend

Şabranda çayda meyiti tapılanların sayı 3-ə çatdı

Şabranda sel nəticəsində həlak olanların sayı 3-ə çatıb.

KONKRET.az xəbər verir ki, Siyəzən Neft və Qazçıxarma İdarəsinin əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin də meyiti tapılıb.

Onun meyiti Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb. Mərhumun seldə boğulduğu bildirilir.

Fakt araşdırılır.

Qeyd: Bundan əvvəl isə 59 yaşlı Şirvan şəhər sakini Məmmədov Nurməmməd Qəhrəman oğlunun və 63 yaşlı Salyan rayon sakini Nağıyev Etibar Hafiz oğlunun meyiti tapılıb.//APA.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*