ŞAD XƏBƏR – Camaatın mənzillərinə girən qaçqınlar həmin evlərdən çıxarılacaqlarbackend

ŞAD XƏBƏR - Camaatın mənzillərinə girən qaçqınlar həmin evlərdən çıxarılacaqlar

“Fərdi evlərdə yaşayan məcburi köçkünlərin köçürülməsi məsələsi diqqətdədir və yaxın vaxtlarda bu məsələ də öz həllini tapacaq”. 

KONKRET.AZ-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, komitə bu istiqamətdə fəaliyyət göstərir:

“Öncəlik bu gün ağır vəziyyətdə yaşayan məcburi köçkünləri evlə təmin etməyə yönəlib. Lakin fərdi evlərdə yaşayan məcburi köçkünlər də həmin evlərdən çıxarılacaq. Belə ailələr az deyil, yetərincədir. Çoxluq isə Bakı və Sumqayıtda olan fərdi evlərdə yaşayır”.

Komitə sədri qeyd edib ki, Qobu-Park yaşayış kompleksində birinci mərhələdə 1026, ikinci mərhələdə isə 1300 ailə mənzillə təmin olunub.

Onun sözlərinə görə, bu il 3700-dən çox məcburi köçkünə mənzil veriləcək. Bununla yanaşı, Şirvanda 300 ailəyə mənzil veriləcək, Beyləqanda 146 fərdi ev tikilir. Göyçayda, Göygöldə və Kürdəmirdə qəsəbə istifadəyə veriləcək. Mənzillərin paylanması üçün komissiya fəaliyyət göstərir.

R.Rzayev bildirib ki, evlər ilkin olaraq ağır şəraitdə yaşayan məcburi köçkünlərə verilir: “Hazırda 24 min ailə ağır şəraitdə yaşayır. Yeni mənzillərin və qəsəbələrin tikilməsi ilə əlaqədar torpaqların ayrılması üçün müraciətlər olunub”.

KONKRET.AZ

Bir cavab yazın