backend

Şahzadənin həyat yoldaşı sözünə naxələf çıxdı - biyabır oldu

Susseks hersoqinyası Meqan Markl müharibədə şəhid olanların xatirəsinə təşkil edilən illik tədbirdə iştirakı zamanı təbii görünüşünü dəyişib – tədbirdən fotolar Britaniya mətbuatında yayılıb.

KONKRET.az KİV-lərə istinadən bildirir ki, şahzadə Harrinin həyat yoldaşı Vestminster Abbatlığında Xatirə meydanına uzun tünd-göy paltoda və uyğun rəngli tor örtüklü şlyapada gəlib. Şəkillərdən görünür ki, Meqan Markl yapışdırma kirpiklərdən istifadə edib və gözləri ilə dodaqlarını parlaq rənglərlə boyayıb. Vizajist Liza Littlın dediyinə görə, adətən, hersoqinya natural makiyajdan yararlanır, ancaq bu dəfə özünə uyğun gələn rənglərin tam palitrasından istifadə edib.

“Yapışdırma kirpiklər həcmi və uzunluğu artıraraq (əvvəl Meqanda görmədiyimiz) ona daha cazibədar bir görünüş verir. Çox güman ki, Meqanın makiyajındakı ən təmkinli, lakin təsiredici dəyişiklik dodaqlar idi. Metal şaftalı parıltısı onun qaranlıq gözləri və bürünc dərisini mükəmməl vurğulayırdı”, – deyə vizajist hersoqinyanın zövqünü şərh edib.

2018-ci ilin avqust ayında şahzadə Harrinin həyat yoldaşı Meqan Markl London teatrına həmişəkindən daha parlaq makiyajla gəlmişdi. Təbii görünüşün pərəstişkarı olan Susseks hersoqinyası həmişə üzündə minimum miqdarda makiyajla ictimaiyyət arasına çıxırdı. Amma bu dəfə “Hamilton” musiqili filminin premyerasına Judith & Charles qısa qara kostyumunda və “smoky eyes” (dumanlı gözlər) üslubunda makiyajla gəlmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*