Salyanda avtomobil aşdı, xəsarət alanlar varbackend

Salyanda avtomobil aşdı, xəsarət alanlar var

Salyanda yol-nəqliyat hadisəsi baş verib, xəsarət alanlar var.

KONKRET.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində Kürsəngi kənd sakinləri – 1989-cu il təvəllüdlü Rüstəmov Bilal əlibaba oğlu və Ağamalıyev Ağa Rüstəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*