Sankt-Peterburq Rusiyadakı romantik otellərin siyahısında lider oldubackend

Sankt-Peterburq Rusiyadakı romantik otellərin siyahısında lider oldu

Sankt-Peterburq ən çox romantik otellər siyahısında Rusiya şəhərləri arasında birinci yeri tutub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RT televiziyası OneTwoTrip onlayn səyahət xidmətinin araşdırmasına istinadən yayıb.

Moskva və Suzdal ilk üçlükdə qərarlaşıb. Gelencik və Soçi beşliyə daxil olub.

Araşdırmada əsasən otellərdə cütlər üçün göstərilən xüsusi xidmətlərə üstünlük verilib.

Mütəxəssislər otaqda şampan və şam yeməyinin verilməsini, iki nəfərlik spa xidmətinin və bal ayı üçün otaqların mövcudluğunu göstəriblər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*