Sankt-Peterburq şəhərində fəaliyyəti Rusiyada qadağan olunmuş “Rusiya Könüllülər Korpusu”nun yerli şöbəsi ləğv edilib və üzvləri saxlanılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
Məlumatda bildirilib ki, şübhəli şəxs qismində saxlanılan 4 nəfər hərbi əməliyyatlar zonasında rus hərbçilərinin yeməklərini zəhərləməyi planlaşdırıb və Sankt-Peterburqda terror aktlarının törədilməsi məqsədilə mühüm infrastukturlar haqqında məlumat toplayıb.
Xatirə SADİQ,
KONKRET.az
