Andreasyan Ukraynanı Azərbaycana görə sərt tənqid etdi: “Mən və xalqım əlləri qana batmış Zelenski ilə qürur duya bilmərik”backend

Andreasyan Ukraynanı Azərbaycana görə sərt tənqid etdi: "Mən və xalqım əlləri qana batmış Zelenski ilə qürur duya bilmərik"

Erməni əsilli rus rejissor Sarik Andreasyan özünün İnstaqram səhifəsində Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət edib. O Zelenskini Azərbaycan və Türkiyə ilə ittifaqını sərt tənqid edib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Andreasyan özünün instaqram səhifəsində elə belə də yazıb: “Həyatımın bir müddətində sizinlə dost olduğum üçün həmişə qürur duyurdum və bütün müsahibələrdə həmişə böyük ürəkli bir insan olduğunuzu söyləyirdim. Və dünən fosfor bombasından sonra erməni uşaqlarının yanmış cəsədlərinə baxdım. Məlum olduğu kimi siz onlarla dostluğunuzu möhkəmləndirmək üçün bizi satdınız. Kaliforniyadan Moskvaya qədər bir çox ukraynalı dostum var, amma mən və xalqım əlləri qana bulaşmış biri ilə dostluqdan qürur duya bilmərik. Təəssüf ki, belə bir hadisədən sonra bunu deyə bilərəm: Krım bizimdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*