Savaşla sülh arasında: “Dəmir Yumruq” da yerindədir, SEPARATÇILAR DA! – Səbr kasası DAŞIRbackend

Savaşla sülh arasında: "Dəmir Yumruq" da yerindədir, SEPARATÇILAR DA! - Səbr kasası DAŞIR

Noyabrın 22-də Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Füzuli, Şuşa, Xocavənd, Tərtər və Xocalı istiqamətlərində yerləşən mövqelərini atəşə tutublar.

KONKRET.az xəbər verir ki, ordumuz cavab tədbirləri görüb. Bəli, onları cavab atəşi ilə susdurmaqda bir problem, sıxıntı yoxdur. Çünki “Dəmir Yumruq” yerindədir.

Sadəcə, separatçılar da yerindədir və tərpənmək, tərkisilah olunmaq fikirləri yoxdur. Üstəlik, Kremlin Xankəndiyə yolladığı oliqarx Vardanyandan sonra “arsax” yeni hökumət, müdafiə ordusu qurur. Azərbaycan mövqelərini atəşə tutmaqları da yəqin bununla əlaqədardır ki, “hazır olun, gəlirik”. Hə, başlarının əzilməyi gəlib. Onları məğlub edəcəyimiz bəllidir. Adamı yandıran başqa şeydir. Atəşkəs rejimi sərhəddə olur, bir ölkənin daxilində bunun pozulma və bərqərar olunma halları gülünc olduğu qədər acı reallıqdır. 1999-cu ildə dahi siyasətçi Heydər Əliyev əbəs yerə deməyib ki, “Dağlıq Qarabağ” 1923-cü ildə Azərbaycanın daxilinə yerləşdirilmiş bombadır. Kreml isə quraşdırdığı bombanı vaxtaşırı işə salır. Soçidə Kremlin sülhməramlı təklifinin masada qalması Putinin Cənubi Qafqaz acgözlüyünün boğazında qalması kimi yozulur. Buna görə də Kreml işğalçılıq sevgisinə görə qürurunu ayaqlar altına atıb.

KTMT və “arsax”

Bəli, əgər İrəvanda “rədd ol, Putin” sədalarına rəğmən Rusiya lideri ora yollanırsa, bunun başqa adı yoxdur. Ukraynadakı itkilər və Qərbin sanksiyaları Kreml qürurunun təhrin kəsmiş ola bilər. Özünü demokratik və beynəlxalq hüquqa söykənən federasiya olaraq təqdim edən Rusiya ölkələrin ərazi bütövlüyünə hörmət etməyi bacarmırsa, sözügedən təqdimat erməni uydurmalarından seçilmir. Rusiya ölkələrin ərazi bütövlüyünə hörmət edirsə;

  • – Niyə Ukrayna ərazisi kimi tanıdığı Donetsk və Luqanskı işğal edib?
    – Nə üçün Dnestryanını Moldovadan ayırıb?
    – Nəyə görə Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qaytarmır?
    – Hansı haqla Azərbaycanın Qarabağında separatçılığa dəstək verir?

Kremlin bir gülməli cavabı var: oradakı rusları qoruyuruq, əhalinin öz müqəddəratını təyin etmək hüququna şərait yaradırıq.

– Ruslar heç Rusiyanın özündə qalmır, köçürlər. O ki qaldı Kremlin qondarma layihəsinin sakini olalar!
– Rusiya tərkibindəki onlarla muxtariyyətin əhalisinə niyə öz müqəddəratını təyinetmə hüququ verilmir?

II Qarabağ müharibəsindən sonra yaranan savaş-sülh boşluğu Azərbaycanın səbr kasasını daşdırır. III Qarabağ müharibəsi başlayarsa, bu, Moskva üçün birinci savaşın effektində olacaq. I Qarabağ müharibəsi SSRİ-ni parçalamışdırsa, atalar üçdən deyib. Üçüncü Qarabağ savaşı bütün bu toqquşmaların kökünü kəsəcək. Belə deyək, “finita la commedia”! Yəni 2 əsrlik Rusiya “xozayin”liyinə “pinok pod zad” və “net puti nazad”.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*