Şəhid atası Naxçıvandakı deputatları tənqid etdi: “Adamın mədəniyyəti olar” – VİDEObackend

Şəhid atası Naxçıvandakı deputatları tənqid etdi: “Adamın mədəniyyəti olar” - VİDEO

Ötən gün Naxçıvanda şəhidlərin anım günündə gərgin anlar yaşanıb. 

KONKRET.az xəbər verir ki, şəhid atası mikrofonu əlinə alaraq Naxçıvandakı deputatlardan narazılığını bildirib:

“Adil Əliyev Bakıdan 600 km Qazağa, Tovuza gedir, şəhid ailələrinin yanında olur. Naxçıvanın 30-40 deputatı var, o şərəfsizlərdən biri gəlib şəhid ailələri ilə maraqlanmır. Mədəniyyətsizlər! Halbuki onların deputat seçilməyində analar, şəhidlər imza atıblar. Heç olmasa qol çəkdiklərinə görə iştirak etməlidirlər. Maddiyyat güdən yoxdur!”.

Ətraflı videoda:

  • Sevda
    Oktyabr 31, 2023 - 18:33

    Şəhid atası düz deyir.Allah Şəhidlərimizə rəhmət eləsin. Şəhid verməyən onun ailəsini necə başa düşəcək?! Çoxları vəzifə üçün lazım gələndə yağ-bal olur,amma işi duzələndən sonra heç kəsi tanımır.
    Rəhmətlik Qənirə Paşayevadan başqa, Şəhid ailəsinə dəyər verən hansısa millət vəkilini nə eşitdim,nə gördüm. Nur içində yatsın.
    Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Çoxları unudur ki, canını Vətən üçün fəda edən Şəhidlərin ailələri Vətənə, millətə əmanətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*