backend

Şəhidimiz Elşən Məmmədov torpağa tapşırıldı - FOTO+VİDEO

Bu gün səhər saatlarında erməni təxribatı nəticəsində cəhbənin Tovuz rayonu istiqamətində şəhid olan Məmmədov Elşən Əli oğlu torpağa tapşırılıb.

KONKRET.az-ın Gəncə-Qazax bürosunun verdiyi məlumata görə, şəhidimiz Tovuz rayon mərkəzi qəbristanlığında son mənzilə yola salınıb. Şəhidin dəfnində onun döyüş yoıdaşları, yüksək rütbəli hərbçilər, kənd sakinləri, rayon rəsmiləri iştirak edib.

Şəhidimizin xatirəsinə ehtiram olaraq fəxri qavul düzülüb, havaya atəş açılıb.

Məlumat üçün bildirək ki, kiçik çavuş Elşən Məmmədov Tovuz rayonunun Qazıqulu kəndində doğulub. Ailəli və 3 oğul atası idi.

****

38 yaşlı şəhid Elşən Məmmədovun dəfn mərasimi başlayıb.

Bu haqda məlumatı KONKRET.az-ın Gəncə-Qazax bürosu verib.

Mərasim Tovuz rayonunun Qaziqulu kəndində keçirilir.  Yüzlərlə insan əllərində bayraq, foto və əklilərlə kənd qəbristanlığına doğru gedirlər.

Kamil Məmmədov

KONKRET.az

***

14:21

Sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun kiçik çavuşu Elşən Əli Oğlu Məmmədov dəfn edilir.

 

  • Sevinc
    Sentyabr 21, 2020 - 14:47

    Sqlam.Cenab prezidentimiz bu iwsizlere hec olmasa 190 manat esirgemesin.Tek anayam 4 usaq saxlayiram

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*