backend

Şəkidə BƏDBƏXT HADİSƏ - Yeni ailə quran gənci sel apardı

Şəkidə boğulma hadisəsi qeydə alınıb.

KONKRET.az reporta istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Kiş kəndi ərazisində Qurucana çayında baş verib.

Çaya gələn güclü sel nəticəsində kənd sakini, 1996-cı il təvəllüdlü Şamil Azər oğlu Əhmədovu çaya gələn sel aparıb. 25 yaşlı Ş.Əhmədovun meyiti çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Ş.Əhmədov yeni ailə qurmuşdu.

Xatırladaq ki, Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*