KONKRET.az xəbər verir ki, HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaş İstiqlal küçəsində törədilən partlayışdan sonra sosial media hesabından açıqlama verib.
“Kimsə hansı məqsədlə və ya bəraət qazandırırsa etsin, mülki əhalini hədəf alan hər hansı hücum hüquqi, siyasi, əxlaqi və vicdan baxımından terrordur. Biz bunu heç vaxt qəbul etmirik”, – deyə Dəmirtaş yazıb.
Sözlərinə davam edən Dəmirtaş, “Mən də İstiqlal küçəsində günahsız mülki insanları açıq şəkildə hədəf alan terror aktını qınayıram. Həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı, yaralılara isə şəfalar diləyirəm”, deyərək hadisəni qınayıb.

Xuraman Etibarlı,
KONKRET.az
