Şəmkirdə 3 maşın TOQQUŞDU – Ölən varbackend

Şəmkirdə 3 maşın TOQQUŞDU - Ölən var

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106”, “VAZ 2107” və digər avtomobil toqquşub.

Qəza zamanı 1990-ci il təvəllüdlü Əhmədov Elçin Elxan oğlu hadisə yerində ölüb.

1996-ci il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu, 1998-ci il təvəllüdlü İmanov Seymur Nəcəf oğlu və bir qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*