backend

Sərdar Cəlaloğlu: "Mən indi necə sübut edim ki, oğlanlarım döyüşdə niyə iştirak etmir?

“Prezident Administrasiyasından xahiş etdim ki, oğlanlarımı da müharibəyə aparın”.

Bunu KONKRET.az-a danışan ADP sədri Sərdar Cəlaloğlu  bildirib. Partiya sədri bildirib ki, bu gün Azərbaycan haqq savaşı aparır: “Çox istərdim ki, mənim oğlanlarım da bu savaşda iştirak etsin. Mənim oğlum könüllü olaraq gedib orduya yazıldı. Dəfələrlə zəng edib, onu da döyüşə aparmaqlarını xahiş etdik. Hətta mən Prezident Administrasiyasına bununla bağlı zəng etdim. Xahiş etdim ki, oğlanlarımı da müharibəyə aparın. Müharibəni təbliğ edən şəxs kimi məni cəmiyyətdə yalnış anlayırlar. Bildirirlər ki, müharibəni təbliğ edir, amma oğlanları döyüşdə iştirak etmir.

Norveçdə yaşayan oğlumun 45 yaşı olsa da, müharibədə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. Bakıdakı oğlum 50 dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gedib.

Amma aparmırlar. Mənim oğlum kimi digər vətəndaşlar da həmçinin. Fövqəladə Hallar Nazirliyində çalışan igid oğlanlarımız da könüllü yazılıb. Amma getməyiblər. Mən hətta Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazdım ki, mənim oğlanlarımın müharibəyə getməməsi ilə bağlı xahiş edirəm ki, xalqa məlumat verin. Deyirlər ki, 3 oğlu var, amma heç biri döyüşdə iştirak etmir. Mən indi insanlara necə sübut edim ki, oğlanlarım niyə döyüşdə iştirak etmir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*