backend

Sərdar Cəlaloğlu: "Qadının ağzından iy gəlirsə, kişi seksual ehtiyacını ödəmək üçün kənara qaçır"

“Qadının ağzından iy gələrsə, kişilər seksual ehtiyacların ödəmək üçün kənara qaçırlar”.

KONKRET.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O, bu dəfə kişi və qadınların boşanma səbəblərinə toxunub. İntim münasibətlərin ər- arvad arasındakı ailə məsələlərinə təsirini açıqlayıb:

“Kişi qadının təlabatı olmadığı halda öz cinsi ehtiyacını ödəmək üçün onunla məcbur intim həyatı yaşayır. Qadın isə təlabatı ödənməmiş qalır və məcbur başqa kişilərə meyl edir ya da ki, evdə müxtəlif problemlər yaranır. Eləcə də kişi zövq ala bilmirsə, başqa bir şeylə bunu konpensasiya edir. Ailə zorakılıqlarından meydana çıxmasının əsas səbəblərindən biri də seksual ehtiyacların yarımçıq ödənməsidir. Gərək hər iki tərəf bir- birinə zövq verməyə çalışa. Tərəflərin biri özünü düşünüb intim münasibət qurmağa çalışırsa, onda problem yaranır”.

Sərdar Cəlaloğlu bildirib ki, kişilərin kənarda münasibət axtarmasının bir səbəbi zövq məsələsi, digəri isə seksual müxtəliflilk istəməsidir:

“Gözəllik başqa şeydir, bir kişinin qadından intim zövq alması başqa şeydir. Bəzi kişilər ailədə bəzi hərəkətləri etməli olmadığını düşünür. Məsələn, bir kişinin qadını “kukla” kimidir, seksual sferası da yerindədir, amma tutaq ki, ağzından iy gələ bilər. Belə olan halda kişilər seksual zövqlərini ödəmək üçün kənara qaçmağa meyl edirlər”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bir kişinin bir qadınla yola getməməsinin heç bir elmi əsası olmadığını deyib. Onun fikrincə ailədəki problemlər sadəcə olaraq müəyyən tərbiyyə, ailə ənənələri, məlumatsızlıqla bağlı yaranır. Belə problemlərin həlli var. O qeyd edib ki, hətta ər arvad arasında həddindən artıq kök, həddindən artıq arıq kimi fiziki uyğunsuzluq olsa belə münasibətlərin qaydasına salınması mümkündür. ADP sədri həmçinin qadın xəyanətlərinin geniş yayılmasından da danışıb. O, səbəblərin əksərini seksual uyğunsuzluqla bağlayıb:

“Qadın xəyanətləri geniş yayılıb. Bizim ailə boşanmalarında məhkəmələrdə müxtəlif səbəblər gətirirlər. Tibbi dildə deyim ki, 90 faiz boşanmaların səbəbi seksual uyğunsuzluqdur. Kişi ilə qadının seksual uyğunluğu olmayanda münaqişə meydana gəlir. Hamı utanır desin ki, səbəb nədir. Tamamilə başqa bəhanələr gətirirlər. Kişi deyir ki, ay nə bilim evi təmizləmədin, qadın deyir sən gec gəldin. Problemin mahiyyətində kişi ilə qadının seksual uyğunsuzluğu dayanır. Bədənin quruluşu, istəklərin fərqli olması, intim həyatın intensivliyi buna daxildir. Məncə, hər iki tərəf psixoloqa müraciət etməlidir. Yaranmış problemi aradan qaldırmaq üçün məsləhətlər almalıdırlar. Uyğunsuzluğu aradan qaldırmalıdırlar. Azərbaycanda sovet dövründən qalma ənənələrdən biri seksual tərbiyə işinin aparılmamasıdır. Adamlar bəzən normal olan şeyləri bilmədiklərinə görə bəzi hərəkətlərin anormal olduğunu düşünürlər”.

Sonxeber.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*