Sərt karantin niyə yumşaldıldı? – RƏSMİ AÇIQLAMAbackend

Sərt karantin niyə yumşaldıldı? - RƏSMİ AÇIQLAMA

“Pandemiyanın ikinci dalğasının aşağı hissəsindəyik. Bu proses ümid edirik ki, bir neçə həftə davam edəcək və ondan sonra sabitləşəcək”.

KONKRET.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, sonrakı mərhələdə yenə də yoluxmaların sayının artması mümkün ola bilər:

“Bunun qarşısını almaq üçün vaksinasiyadan istifadə ilə mümkün ola bilər. Brifinqin ikinci hissəsində vaksinasiya barədə danışılacaq. Yoluxma əmsalının 31 %-dən 5%-ə enməsi bizə imkan verdi ki, karantin rejimində yumşalmaya gedək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*