Sərxoş olub qonşunun qapısını döydü, həbs olundubackend

Sərxoş olub qonşunun qapısını döydü, həbs olundu

Bakıda içkili halda qonşusunun qapısını döyən şəxs həbs edilib.

KONKRET.az xəbər verir ki, hadisə Nərimanov rayonu, C.Hacıbəyli küçəsində baş verib.

1989-cu ildə Bakı şəhərində anadan olmuş Q.R. gecə saat təxminən 01:40 radələrində sərxoş vəziyyətdə yaşadığı mənzilə gəldikdə səhvən qonşunun qapısını döyüb. Zərərçəkmiş F.G.-nı narahat edən təqsirləndirilən şəxs barəsində polisə şikayət verib.

Q.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə təqsirləndirilən şəxs həmin mənzilin qapısını döyməkdə başqa məqsədi olmadığını, sərxoş olduğu üçün qapıları səhv saldığını bildirib.

Məhkəmənin qərarı ilə Q.R. 7 gün müddətinə həbs edilib.

(qaynarinfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*