“Fənərbaxça”nın hüquqlarını qorumaq üçün səsimi qaldırmalı olsam, bunu iki dəfə düşünməyəcəyəm”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Fənərbaxça”nın yeni baş məşqçisi Joze Mourinyo deyib.
O, Türkiyə Futbol Federasiyasına xəbərdarlıq edib: “Bir insan və məşqçi olaraq həm yaxşı, həm pis cəhətlərim var. Getdiyim yerlərdə diqqət çəkmişəm.Avropada artıq daha çox insan Superliqanı izləyəcək. Amma mən “Fənərbaxça”nın haqlarını qoruyacam”.