Səudiyyə Ərəbistanı YouTube-dan bu tip reklamları silməyi TƏLƏB ETDİbackend

Səudiyyə Ərəbistanı YouTube-dan bu tip reklamları silməyi TƏLƏB ETDİ

Səudiyyə Ərəbistanı YouTube-dan İslami və sosial dəyərlərə zidd olan reklamların silinməsini tələb edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Audio-Vizual Media Baş İdarəsi ilə Rabitə və İnformasiya Texnologiyaları Komissiyasının birgə bəyanatında bildirilib.

Bəyanatda YouTube-un Səudiyyə Ərəbistanında istifadəçilər üçün ölkənin media məzmunu qaydalarına və İslam dininə zidd reklamlar göstərdiyi bildirilib.

YouTube-a sözügedən reklamların silinməsi üçün müraciət edilib. Əks-təqdirdə lazımi hüquqi tədbirlərin görüləcəyi bildirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*