Səudiyyə Ərəbistanındakı sirli tikililər – FOTObackend

Səudiyyə Ərəbistanındakı sirli tikililər - FOTO

Qərbi Avstraliya Universitetinin alimləri Neolit ​​dövrünə aid sirli daş abidələr olan qədim mustatillər haqqında araşdırmalar aparıblar.

KONKRET.az xəbər verir ki, bu barədə “PLOS ONE” jurnalında məqalə dərc olunub.

Bildirilib ki, yaşı yeddi min ilə çatan mustatillər uzunluğu 20-600 metr arasında olan düzbucaqlı daş konstruksiyalardır.

Qeyd edək ki, tədqiqatçılar tərəfindən 1970-ci illərdə kəşf edilən sirli daş konstruksiyalar əsasən Səudiyyə Ərəbistanının şimalında yerləşir. Hazırda həmin ərazidə 1600-dən çox mustatil var.

Əl-Ula şəhərində aparılan qazıntılar göstərir ki, bu tikililər ritual funksiya yerinə yetirib və heyvanların qurban kəsilməsi üçün istifadə olunub. Arxeoloqlar Əl-Uladan 55 kilometr şərqdə yerləşən ərazidə yeni qazıntılar aparıblar. Ərazidə heyvanlara məxsus 260 sümük qalığı aşkar edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*