Silahlı əsgər 17 mülki vətəndaşı öldürdü, 16 nəfəri girov götürdübackend

Silahlı əsgər 17 mülki vətəndaşı öldürdü, 16 nəfəri girov götürdü

Tailandda əsgər mülki vətəndaşlara atəş açıb, nəticədə 17 nəfər ölüb.

KONKRET.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, hadisə Tailandın Nakhon Ratchasima şəhərində (həmçinin Korat kimi tanınır) baş verib.

Tailand Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Jakrafant Thomma hərbi düşərgədən silah oğurlamazdan əvvəl komandirinə hücum edib. “Bankok Post”un məlumatına görə, o, hərbi hissəni tərk etməzdən öncə komandirinə və iki əsgərə atəş açıb.

Silahlı əsgərin 16 nəfəri girov götürdüyü bildirilir.

Daha sonra şəhərdəki “Terminal 21” ticarət mərkəzinə doğru maşınla hərəkət edən silahlı şəxs yol boyu insanlara və Buddist məbədinə atəş açıb. O, bütün bu hadisələri “Facebook” hesabında canlı yayımlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*