backend

"Silahlı Qüvvələrimiz Dağlıq Qarabağda erməniləri sülhə məcbur edir" - AÇIQLAMA

“Bu gün Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatı ilə mülki əhalisini qoruyur”.

Deputat Asim Mollazadə KONKRET.az-a bildirib ki, Azərbaycanın Silahlı Qüvvələri Dağlıq Qarabağda erməniləri sülhə məcbur edir: “Bizim əks hücumumuzun məqsədi torpaqlarımızı azad etmək və beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü təmin etməkdir. Bütün Azərbaycan xalqı bu məqsədlə birləşərək Ali Baş Komandanını və Silahlı Qüvvələrini dəstəkləyir. Düşünürəm ki, BMT Təhlükəsizlik Şurası üçün ən yaxşısı işğal olunmuş torpaqlarımızla bağlı qəbul etdiyi 4 qətnamənin icra edilməsini müzakirə etmək olar.

BMT Təhlükəsizlik Şurasının qətnamələri bu günə kimi yerinə yetirilmir və bu istiqamətdə heç bir addım atılmayıb. Ermənistan işğal olunmuş torpaqlarımızı geri qaytarmaqdan imtina edirlər. 30 ilə yaxındır ki, heç bir ciddi addım atılmayıb. Bu gün Azərbaycan xalqı Ali Baş Komandana və ordumuza inanır. Əminik ki, tezliklə işğal olunmuş torpaqlarımızı işğaldan azad edib, üçrəngli bayrağımızı Dağlıq Qarabağda, Xankəndində və digər azad olunmuş rayonlarımızda dalğalandıracağıq”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*