Yeni Zelandiyanın Şimal adasında 5,6 bal gücündə zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 100 mindən çox əhalisi olan Tauranqa şəhərindən 190 kilometr şərqdə, ocağı 53 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntılar xəsarət alanlar barədə məlumat verilməyib.
