Şimal bölgəsində temperatur mənfi 15 dərəcəyədək enib – FOTObackend

Şimal bölgəsində temperatur mənfi 15 dərəcəyədək enib - FOTO

Ötən gün axşam saatlarında şimal bölgəsinin bütün rayonlarında hava şəraiti kəskin pisləşib və qar yağmağa başlayıb.

KONKRET.AZ APA-ya istinadla xəbər verir ki, şimal bölgəsində ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 43 sm-ə çatıb.

Qubanın Qrız kəndində qarın hündürlüyü 40 sm, Xaltanda 35 sm, Xızının Altıağac qəsəbəsində 36 sm, Qubanın mərkəzində 11 sm, Şabranda 2 sm, Xaçmazın Nabran kəndində 1 sm, Qusarın Yasab kəndində 15 sm olub.

Qubanın Qrız kəndində temperatur mənfi 15 dərəcəyədək enib.

Hazırda şimal bölgəsinə qar yağmaqda davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*