Sinəni böyüt və 8 milyard dollar qazan – FOTObackend

Sinəni böyüt və 8 milyard dollar qazan - FOTO

Johnson & Johnson, sinəsini böyütmüş bir kişiyə 8 milyard dollar ödəyəcək

Filadelfiya Məhkəməsi Amerikanın Johnson & Johnson şirkətini Merilend şəhərinin sakininə səkkiz milyard dollar təzminat ödəməyə məcbur edib. KONKRET.az xəbər verir ki, Nikolas Mörrey iddiasında bildirib ki, şirkət tərəfindən Risperdal antipsixotik dərmanının əks təsirləri və riskləri barədə müştərilərinə lazımi şəkildə xəbərdarlıq edilməyib.

Yerli mətbuatın yazdığına görə, Nikolas iddia ərizəsində, uşaq yaşlarında, yəni 2003-2008-ci illərdə şizofreniya və bipolyar pozğunluğun müalicəsi məqsədilə istifadə olunan Risperdal adlı dərman qəbul etdiyini, lakin dərmanın əks təsir göstərdiyini – süd vəzlərinin böyüdüyünü göstərib. İddiaçının sözlərinə görə, şirkət risklərdən xəbərdar olsa da, dərmanı təyin edən həkimlərə düzgün məlumat verməyib.

Qeyd edək ki, 2015-ci ildə bu işdə ilk hökm çıxarılmış və məhkəmə şirkətdən 1.75 milyon dollar təzminat ödəməsini tələb etmişdi, daha sonra apellyasiyada məbləğ 680 min dollara endirilmişdi. Ancaq iddiaçı təkrarən məhkəməyə müraciət edib və yeni qərarla səkkiz milyard dollar alacaq.

Şirkət nümayəndələri məhkəmənin qərarına etiraz edərək “bu əsassız hökmü ləğv etmək” fikrində olduqlarını bildiriblər. Şirkətin vəkili 680 min dollarlıq ilkin təzminat ödəməsi ilə bu məbləğin “tamamilə müqayisə edilməz olduğunu” söyləyib və hökmün ləğv olunacağına əminliyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*