Şirvanda çətənə kolu becərən şəxs SAXLANILDIbackend

Şirvanda çətənə kolu becərən şəxs SAXLANILDI

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan KONKRET.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Şəmsi Umudov saxlanılıb.

Onun yaşadığı fərdi yaşayış evinə keçirilən baxış zamanı quruması üçün kökündən çıxarılmış vəziyyətdə 30 ədəd çətənə bitkisi aşkarlanıb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*